“Abzas Media işi” üzrə saxlanılan iqtisadçı “qaçaqmalçılıq”da ittiham olunur
İyunun 1-də iqtisadçı ekspert Fərid Mehralızadə barəsində 3 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.
Bu barədə “Abzas Media”ya onun həyat yoldaşı Nərgiz Muxtarova məlumat verib. O bildirib ki, həbs qətimkan qərarı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) təqdimatı ilə Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılıb.
“Fərid ittihamı qəbul etmir, həbsinin siyasi sifariş olduğunu deyir. Bildirib ki, zorakılıq olmayıb, sadcə pis rəftara məruz qalıb. Yoldan götürüləndə başına torba keçirib aparıblar. Fəridin “AbzasMedia” ilə heç bir əməkdaşlığı və əlaqəsi olmayıb”, – deyə Muxtarova bildirib.
“Abzas Media işi” üzrə saxlanılan iqtisadçı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
“Abzas Media”nın məlumatına görə, BŞBPİ-nin müstəntiqi məhkəmədə heç bir sübut təqdim etməyib. O, həbs təqdimatını əsaslandırarkən bildirib ki, Fərid Mehralızadə barəsində araşdırma aparıldığından o bu müddət ərzində həbsdə olmalıdır. Məhkəmə bir neçə dəqiqəlik tərəddüddən sonra təqdimatı təmin edib.
Fərid Mehralızadəni mayın 30-da işdən çıxarkən polis saxlayıb. Daha sonra onun evində axtarış aparılıb. Daxili İşlər Nazirliyi (DİN) isə iqtisadçının saxlanılmadığını, sadecə idarəyə dəvət olunduğunu açıqlayıb.
sebail163 on
2010 -lar narkotik
2020-lər qaçaq pul gətirmə
2030- heykələ baş əyməmə…
anka14again on
neçə müddət sonra bunlar maonun qızıl terroruna dönəcək görəsən?
3 Comments